Modern.az

Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA

Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA

23 İyul 2022, 18:31

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Anadolu" agentliyinə açıqlamasında bildirib.

 

O, ukraynalı nazirlərlə Odessaya endirilən zərbələri müzakirə edib. Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu qeyd edib.

 

"Ukrayna raket zərbələrindən birinin limandakı siloslardan birinə, digərinin isə silosun yaxınlığındakı əraziyə düşdüyünü bildirib, amma vacib olan odur ki, gəmilərin yükləmə qabiliyyəti ilə bağlı heç bir mənfi cəhət yoxdur və oradakı fəaliyyətlər davam edə bilər", - deyə Akar vurğulayıb.

 

Nazirin sözlərinə görə, ruslar bu hücumla heç bir əlaqələrinin olmadığını bildiriblər. Akar hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat