Modern.az

Çindən taxıl sazişinə reaksiya 

Çindən taxıl sazişinə reaksiya 

23 İyul 2022, 20:18

Rəsmi Pekin Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına dair imzalanan sazişi alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Can Cün bildirib.

 

O, tviter hesabında “Sazişin imalanmasına alqış! Çox mənalı addım!” sözləri ilə reaksiya verib. 

 

Diplomat maraqlı tərəflərin dialoqun dinamikasını saxlayacağına və sülhün tezliklə bərpa olunmasına şərait yaradacaqlarına ümidvar olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat