Modern.az

Makron Rəisi ilə danışıqlar apardı 

Makron Rəisi ilə danışıqlar apardı 

23 İyul 2022, 21:46

İran Prezidenti Seyid İbrahim Rəisi və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, danışıq 2 saat davam edib.

 

Prezidentlər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq məsələlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyini müzakirə ediblər.

 

Makron İranın regional siyasi proseslərdəki rolunu vurğulayıb.

 

Fransa prezidenti həmçinin nüvə danışıqlarının yekunlaşmasında ölkəsinin rolunun davam etdiriləcəyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat