Modern.az

İran və Səudiyyə XİN başçıları görüşəcək 

İran və Səudiyyə XİN başçıları görüşəcək 

Dünya

23 İyul 2022, 23:27

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn məlumat verib.

 

O, görüşün Bağdad şəhərində keçiriləcəyini bildirib. Görüşün dəqiq tarixi açıqlanmayıb.

 

Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr 2016-cı ildə Ər-Riyadın şiə ruhani lider Nimr əl-Nimri edam etməsindən sonra kəsilib.

 

Hüseyn bildirib ki, aprel ayından bəri İraq iki ölkə arasında kəşfiyyat və təhlükəsizlik rəhbərləri səviyyəsində beş qapalı danışıqlar keçirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat