Modern.az

Ukraynanın taxıl gəmilərini bu ölkələr müşayiət edəcək 

Ukraynanın taxıl gəmilərini bu ölkələr müşayiət edəcək 

24 İyul 2022, 21:52

Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyi Rusiya, Türkiyə, eləcə də üçüncü ölkə tərəfindən təmin ediləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

 

Onun sözlərinə görə, üçüncü iştirakçı daha sonra müəyyənləşəcək.

 

“İstanbulda biz razılığa gələ bildik. Ukrayna minatəmizləmə ilə məşğuldur, gəmiləri açıq dənizə buraxacaq, Rusiya, Türkiyə və başqa bir iştirakçı gəmini Bosfor boğazına qədər onları müşayiət edəcək”, - deyə Lavrov bildirib. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat