Modern.az

Çin bioloji tədqiqatlar üçün kosmosa modul göndərdi

Çin bioloji tədqiqatlar üçün kosmosa modul göndərdi

Dünya

24 İyul 2022, 23:36

Çin bu gün "Tiangong" milli kosmik stansiyasına "Wentian" adlı laboratoriya modulunu buraxıb. 

 

Modern.az xəbər verir ki, buraxılış Çinin dövlət televiziyası tərəfindən yayımlanıb.

 

Modul “Uzun Yürüş-5B” (CZ-5B) daşıyıcı raketindən istifadə etməklə Haynan əyalətindəki Vençanq kosmodromundan havaya qalxıb.

 

Modul bioloji tədqiqatlar üçün laboratoriya kimi istifadə olunacaq. O, həmçinin üç yataq otağı, vanna otağı və mətbəxdən ibarətdir.

 

"Wentian" Çinin kosmik stansiyasında ilk laboratoriya moduludur. Çin "Mengtian" adlı ikinci modulun oktyabrda buraxılacağını bildirib. İkinci laboratoriya modulu işə salındıqdan sonra ÇXR stansiyasının tikintisi başa çatdırılacaq.

 

Çinin "Tiangong" kosmik stansiyası Yerdən təxminən 400 km yüksəklikdə yerləşir. Stansiya ekipaj dəyişikliyi zamanı üç və altı nəfər üçün nəzərdə tutulub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat