Modern.az

Fransada Putinə yaxın oliqarxlar yoxlanılacaq 

Fransada Putinə yaxın oliqarxlar yoxlanılacaq 

Dünya

25 İyul 2022, 21:15

Fransa Milli Maliyyə Prokurorluğu rusiyalı oliqarxların daşınmaz əmlakını yoxlamaq qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

 

Xüsusilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə əlaqəli olan iş adamlarının yoxlanılacağı bildirilir.

 

Məlumata görə, “Transparency International” antikorrupsiya ictimai təşkilatı rusiyalı oliqarxların çirkli pulların yuyulması faktları ilə bağlı şikayət verib. 

 

İstintaq çirkli pulların yuyulması, korrupsiya cinayətləri, dövlət vəsaitlərinin mənimsənilməsi və vergidən yayınma kimi ağır cinayətlərin təşkilatçılarına qarşı yönəlib. İş Ağır Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat