Modern.az

Səudiyyə şəhzadəsi Avropaya səfərə gedir

Səudiyyə şəhzadəsi Avropaya səfərə gedir

Dünya

26 İyul 2022, 21:09

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Avropaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyənin SPA informasiya agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Salman Yunanıstan və Fransada olacaq, səfər zamanı vacib görüşlər keçirəcək.

 

Bu, vəliəhd şəhzadənin 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Avropa İttifaqı üzvü olan ölkələrə ilk səfəridir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat