Modern.az

Rusiya XİN-dən Blinken-Lavrov danışığı barədə AÇIQLAMA

Rusiya XİN-dən Blinken-Lavrov danışığı barədə AÇIQLAMA

Dünya

28 İyul 2022, 08:27

Rəsmi Moskva Vaşinqtondan ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqlarına dair heç bir müraciət almayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Mətbuatda yazılanlardan başqa heç bir müraciət olmayıb. Biz meqafonla deyil, adi diplomatik təcrübəni rəhbər tuturuq", - deyə XİN-dən bildirilib.

 

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat