Modern.az

Rusiya Kiyevdə hərbi bazanı VURDU

Rusiya Kiyevdə hərbi bazanı VURDU

Dünya

28 İyul 2022, 13:50

Rusiya ordusu Qara dəniz və Belarus istiqamətindən Ukraynanı, xüsusən də Kiyev vilayətindəki hərbi hissəni raketlərlə vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov məlumat evrib.

 

“Düşmən Qara dəniz ərazisindən “Kalibr” qanadlı raketləri ilə Kiyev vilayətinin Lyutij qəsəbəsindəki hərbi hissəyə raket zərbəsi endirib. Hazırda bir binanın dağıldığı, iki binaya ziyan dəydiyi barədə məlumat var", - deyə Qramov  bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat