Modern.az

Daha bir ölkə “Bayraktar” aldı

Daha bir ölkə “Bayraktar” aldı

Dünya

28 İyul 2022, 22:43

Banqladeş Türkiyə istehsalı "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Banqladeşin "Prothom Alo" nəşri məlumat yayıb.

 

Bildirilir ki, məlumatı Türkiyənin Banqladeşdəki səfiri Mustafa Osman Tufan da təsdiqləyib.

 

"Mən təfərrüatlı məlumat verə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Banqladeş və Türkiyə arasında PUA-larla bağlı əməkdaşlıq var", - deyə o qeyd edib.

 

Nəşrin məlumatına görə, Banqladeş hökuməti "Baykar" şirkəti ilə artıq müqavilə imzalayıb. Alınacaq TB2 pilotsuz təyyarələrin sayı və ya müqavilənin ümumi dəyəri ilə bağlı məlumat verilməyib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat