Modern.az

Xarkov yenidən atəşə tutuldu 

Xarkov yenidən atəşə tutuldu 

13 Avqust 2022, 11:05

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini növbəti dəfə atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov teleqram kanalında məlumat yayıb.

 

Onun sözlərinə görə, atəş nəticəsində şəhərin mərkəzinə, Nemışlyanski və Slobodskoy rayonlarına, habelə kollecə ziyan dəyib.

 

Bundan əlavə, bir neçə yaşayış binasında şüşələr sınıb. Ruslar, həmçinin infrastruktur kommunikasiyaları və bir neçə trolleybusa da ziyan vurublar.

 

Mer hadisə nəticəsində ölən və yaralananların olmadığını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat