Modern.az

Çindən Ukrayna ilə bağlı önəmli MESAJ

Çindən Ukrayna ilə bağlı önəmli MESAJ

24 Sentyabr 2022, 21:44

Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında deyib.

 

XİN başçısı qeyd edib ki, hazırda Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır.

 

"Əsas həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturası qurmaqdır", - deyə çinli nazir bildirib.

 

"Biz bütün maraqlı tərəfləri böhranın genişlənməməsinə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarını və maraqlarını qorumağa çağırırıq", - Van Yi çıxışına əlavə edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə