Modern.az

Çin 3 ildən sonra qapılarını dünyaya açdı 

Çin 3 ildən sonra qapılarını dünyaya açdı 

8 Yanvar 2023, 20:42

Çin COVID-19 pandemiyasının başlamasından sonra həyata keçirilən sərhəd nəzarəti tədbirlərini ləğv edib.

 

Modern.az xəbər verir ki, bu gündən başlayaraq Çinə ilk beynəlxalq uçuşlar həyata keçirilib.

 

3 ildən sonra Çinin şimalda Rusiya, Monqolustan, Qazaxıstan, Myanma, Laos və Vyetnam ilə quru sərhədlərindəki 8 gömrük qapısı vasitəsilə sərnişin və yük daşımaları da bərpa edilib.

 

Kanadadan Quanqcou şəhərinə, Sinqapurdan Sincana və Yeni Zelandiyadan Şanxay şəhərinə xarici qonaqlar gəlib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi