Modern.az

Rusiyada hərbi hissədə partlayış: 3 ölü, 16 yaralı

Rusiyada hərbi hissədə partlayış: 3 ölü, 16 yaralı

Dünya

15 Yanvar 2023, 16:56

Rusiyada partlayış olub.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

 

Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib.

 

Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur.

 

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!