Modern.az

Rusiya Ukraynada daha 870 hərbçisini itirdi

Rusiya Ukraynada daha 870 hərbçisini itirdi

Dünya

17 Yanvar 2023, 10:24

Son sutkada Rusiya qüvvələri Ukraynada daha 870 hərbi qulluqçusunu itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiyanın Ukraynadakı ümumi itkiləri 116 950 nəfərə çatıb. Həmçinin 3 tank, 11 zirehli döyüş maşını, 5 artilleriya sistemi Ukrayna qüvvələri tərəfindən məhv edilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi