Modern.az

Müxalifətin ən güclü namizədi Kılıçdaroğludur - Partiya sədri

Müxalifətin ən güclü namizədi Kılıçdaroğludur - Partiya sədri

Dünya

23 Yanvar 2023, 13:40

Türkiyədə "Altılı Masa"ya daxil olan müxalif Demokrat Partiyanın sədri Gültekin Uysal ittifaqda olduqları Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun prezidentliyə vahid namizəd olması ehtimalını şərh edib.

 

Modern.az xəbər verir ki, Uysal bu barədə "Cumhuriyet" qəzetinə müsahibəsi zamanı danışıb.

 

"Müxalifətin alternativlərinin çox olduğunu düşünürəm, amma ən güclü namizəd Kemal Kılıçdaroğludur. Türkiyə seçki prosesi dövrünə Ərdoğanın açıqlaması ilə daha tez girdi. Artıq namizədin müəyyən olunması ilə bağlı işlər sürətləndirilməlidir. Kılıçdaroğlu ana müxalifət lideri kimi doğru olan, bu siyasi prosesi ağılla idarə edə bilən, iddiası olan bir isimdir. O, seçkidə qazana biləcək namizəddir", - deyə partiya sədri qeyd edib.

 

Xatırladaq ki, Ərdoğan seçkilərin 14 mayda keçirilməsinə işarə edib, lakin hələlik rəsmi qərar yoxdur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi