Modern.az

İrana qarşı yeni SANKSİYALAR

İrana qarşı yeni SANKSİYALAR

3 Mart 2023, 00:20

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, ABŞ İranla əməkdaşlıq edən şirkətləri cəzalandırıb.

 

Məlumatda deyilir ki, İran neftinin daşınması və satışı ilə məşğul olan altı müəssisə və 20 tankerə sanksiya tətbiq edilib.

 

Şirkətlər İrana ABŞ-ın sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...