Modern.az

Moskva yaxınlığında güclü PARTLAYIŞ 

Moskva yaxınlığında güclü PARTLAYIŞ 

6 Mart 2023, 00:51

Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında güclü partlayış baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, partlayış Vidnoye şəhərində Moskva Koks-Qaz Zavodunun (“Moskoks” ASC) sexində olub.

 

Partlayışdan sonra binada yanğın baş verib. TASS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hündürlüyü 20 metr olan tikili yanıb.

 

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...