Modern.az

Rusiya məşhur təşkilatı arzuolunmaz ELAN ETDİ

Rusiya məşhur təşkilatı arzuolunmaz ELAN ETDİ

Dünya

6 Mart 2023, 18:18

Rusiya "Transparency International" beynəlxalq qeyri-hökumət təşkilatını arzuolunmaz elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

 

Prokurorluq bildirib ki, baş qərargahı Berlində yerləşən və rəhbərliyi xarici ölkələrin vətəndaşları tərəfindən həyata keçirilən "Transparency International" təşkilatının fəaliyyəti arzuolunmaz elan edilib.

 

Təşkilat Rusiyada "Transparency International-R" adı altında fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi