Ermənistanın Geğarkunik vilayətindəki kazarmada yanğın nəticəsində ölən 15 hərbçinin valideynləri hələ də baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüşlə bağlı cavab ala bilməyiblər.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu zərərçəkmişlərin nümayəndəsi, vəkil Norik Norikyan bildirib.
"Onlar hələ də görüşün baş tutub-tutmayacağını bilmirlər", - o söyləyib.
Məlumata görə, cavabı Geğarkunik qubernatoru Karen Sarkisyan çatdırmalı idi. Bir gün əvvəl o, bu vədi İrəvan-Göyçə yolunu bağlayan valideynlərə verib.
Sarkisyan mətbuata açıqlamasında bu istiqamətdə addımlar atdığını, lakin hələlik heç bir xəbər almadığını qeyd edib.