Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyadan sonra Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə o, tviter hesabında bildirib.
“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, - deyə Zelenski yazıb.
***
18:48
Ukrayna Prezidenti Volodimir Zelenski sabah, mayın 14-də Almaniyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Almaniyaya ilk səfəri zamanı onun bir sıra rəsmilərlə görüşü gözlənilir.
Almaniya hökuməti məlumatı təsdiqləsə də, səfərin proqramı açıqlanmayıb.
Qeyd edək ki, Zelenski bu gün İtaliyaya gedib.