Modern.az

Maskın anası Zukerberqlə döyüşə icazə vermədi 

Maskın anası Zukerberqlə döyüşə icazə vermədi 

Dünya

23 İyun 2023, 10:38

"SpaceX" şirkətinin sahibi İlon Maskın anası Mey Mask oğlunun "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqlə döyüşünü ləğv etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, Mey Mask bu barədə tviter səhifəsində yazıb.

 

"Mən bu döyüşü ləğv etmişəm. Amma hələ onların özünə deməmişəm", - iş adamının anası qeyd edib.

 

Xatırladaq ki, 2 milyarder bu yaxınlarda hər şeyi "qəfəsdə döyüşərək" həll etmək qərarına gəlmişdilər. "Döyüş" Las-Veqasda baş tutmalı idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi