Modern.az

Gürcüstan iqtidarından Rusiya olaylarına MÜNASİBƏT

Gürcüstan iqtidarından Rusiya olaylarına MÜNASİBƏT

24 İyun 2023, 14:10

"Gürcüstan rəhbərliyi Rusiyada baş verən hadisələri izləyəcək".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.

 

"Gürcüstan rəhbərliyi Rusiyada baş verən hadisələri izləyəcək və indiki mərhələdə bunu etmək lazımdır", - o deyib.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı