Modern.az

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya agentini saxladı

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya agentini saxladı

4 İyul 2023, 11:46

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Nikolayevdə qurumun binalarına zərbə hazırlayan agenti saxlayıb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə UTX məlumat yayıb.

 

Kəşfiyyat xidmətinin məlumatına görə, o, obyektlərin dəqiq koordinatlarını toplayır, Rusiyaya ötürürmüş. Şəxs cənub bölgəsinin cəbhəyanı ərazilərində Müdafiə Qüvvələrinin digər bölmələrinin yerləşdiyi yerlər və hərəkətləri barədə də məlumat toplayıb.

 

"Bundan əlavə, o, Rusiya xüsusi xidmət orqanlarından hər bir tapşırığın yerinə yetirilməsinə görə mükafat veriləcəyi vədini alaraq, mülki infrastruktur obyektlərinin koordinatlarını da ötürüb", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi