Modern.az

Tokayev ŞƏT liderlərini Qazaxıstana dəvət etdi

Tokayev ŞƏT liderlərini Qazaxıstana dəvət etdi

4 İyul 2023, 12:10

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderlərini Qazaxıstana dəvət edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ŞƏT-in sammitində bu barədə danışıb.

 

Tokayev liderlərin üzbəüz görüşünün vacibliyini vurğulayıb. Sammitdə çıxış edən Çin sədri Si Tsinpin isə ölkələr arasındakı ticarət dövriyyəsində milli valyutalara üstünlük verməyin önəminə diqqət çəkib.

 

Qeyd edək ki, ŞƏT-in budəfəki sammiti virtual formatda keçirilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi