Modern.az

Gürcüstan İsraillə əməkdaşlığı dərinləşdirir

Gürcüstan İsraillə əməkdaşlığı dərinləşdirir

4 İyul 2023, 12:32

Gürcüstan 2024-cü ildə İsraillə azad ticarətlə bağlı danışıqlara başlayacaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu məsələyə nazir Levan Davitaşvili və İsrailin nəqliyyat naziri Miri Regev nəzər yetirib. Həmçinin nəqliyyat, logistika və yol təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.

 

Bu il mayın 1-də ölkələr arasında Azad Ticarət Sazişinin həyata keçirilməsinin mümkünlüyünün öyrənilməsinin başa çatdırılması haqqında birgə bəyannamə imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi