Modern.az

Kurtulmuş spiker kimi ilk dəfə Şimali Kiprə getdi

Kurtulmuş spiker kimi ilk dəfə Şimali Kiprə getdi

11 İyul 2023, 14:44

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şimali Kipr Türk Respublikasına səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu, sədrin parlament seçkilərindən sonra baş tutan ilk xarici səfəridir.

 

Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin paytaxt Lefkoşadakı hava limanında qarşılanma mərasimi olub.

 

TBMM sədri səfər çərçivəsində həmkarı Zorlu Töre və prezident Ersin Tatarla görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu