Modern.az

Türkmənistan “Şimal-Cənub”a qoşulur - Rusiya razılaşdı

Türkmənistan “Şimal-Cənub”a qoşulur - Rusiya razılaşdı

12 İyul 2023, 10:06

Rusiya Türkmənistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına razılıq verib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı sərəncama əsasən Xarici İşlər Nazirliyinə müvafiq işlər tapşırılıb.

 

Tapşırığa görə, Rusiya XİN depozitari kimi İrana Rusiyanın Türkmənistanın layihəyə qoşulmasına razılıq verməsi ilə bağlı anlaşma barədə məlumat verməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?