Modern.az

Tokio Kiyevə PUA-ları aşkarlayan sistem verəcək

Tokio Kiyevə PUA-ları aşkarlayan sistem verəcək

12 İyul 2023, 15:58

Yaponiya Rusiyanın təcavüzü fonunda ölkəyə yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının aşkarlanması sistemini təhvil verəcək.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Yaponiya baş naziri Kişida Fumio bildirib.

 

Qeyd edək ki, bu gün NATO-Ukrayna Şurasının toplantısı keçirilir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi