Modern.az

İspaniya Ukraynaya səyyar xəstəxana və tibbi maşınlar verəcək

İspaniya Ukraynaya səyyar xəstəxana və tibbi maşınlar verəcək

13 İyul 2023, 17:12

İspaniya yaralıların təxliyəsi üçün Ukrayna sərhədçilərinə səyyar xəstəxana və tibbi ləvazimatları olan maşınlar verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Bildirilib ki, bu istiqamətdə işlərə artıq start verilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu