Modern.az

Polşanın Rusiyadakı daha bir diplomatik nümayəndəliyi BAĞLANIR

Polşanın Rusiyadakı daha bir diplomatik nümayəndəliyi BAĞLANIR

Dünya

14 İyul 2023, 11:12

Rusiya Federasiyası Polşanın Smolenskdəki konsulluq agentliyini bağlamaq qərarına gəlib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin müvafiq qərarı dərc olunub.

 

Qərara əsasən, diplomatik nümayəndəlik fəaliyyətini dayandıracaq.

 

Qeyd edək ki, son vaxtlar iki ölkə arasındakı münasibətlər kəskinləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi