Modern.az

Türkiyədə meşə yanğınları evlərə çatdı - Təxliyə başladı

Türkiyədə meşə yanğınları evlərə çatdı - Təxliyə başladı

Dünya

25 İyul 2023, 17:54

Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Antakyaya yaxın yerləşən meşə massivində başlayan yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edib.

 

Məlumata görə, ən təhlükəli vəziyyət Antakyanın Kisecik rayonunda yaşanır. Yanğının evlərə tərəf yaxınlaşması səbəbindən vətəndaşlar təxliyə olunmağa başlayıb.

 

Yanğınsöndürən qruplar qurudan və havadan alovun söndürülməsi üçün əraziyə cəlb ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV