Modern.az

Tokayev Berlinə gedir - Şoltsla görüşəcək

Tokayev Berlinə gedir - Şoltsla görüşəcək

Dünya

22 Sentyabr 2023, 14:42

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 28-29 sentyabr 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Berlində Tokayev kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq. Qazaxıstan lideri Mərkəzi Asiya və Almaniya dövlət başçılarının görüşündə də iştirak etməyi planlaşdırır.

 

Bundan əlavə, səfər proqramına prezidentin Berlin Qlobal Dialoq Beynəlxalq Forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır