Modern.az

Qırğızıstan Türk İnvestisiya Fondunun yaradılmasını təsdiqlədi

Qırğızıstan Türk İnvestisiya Fondunun yaradılmasını təsdiqlədi

4 Oktyabr 2023, 10:40

Qırğızıstan Nazirlər Kabineti Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişə dair qərarı təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

 

Nazirlər Kabinetinin müvafiq qərarı ilə İqtisadiyyat və Ticarət Nazirliyi Sazişin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli dövlət orqanı olaraq müəyyən edilib.

 

Qeyd edək ki, Saziş Türkdilli Dövlətlər Təşkilatına daxil olan ölkələr tərəfindən nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edən Türk İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə