Rusiya Polşaya ölkənin hava məkanına uçan raketlə bağlı izahat verməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə RİA-ya Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş bildirib.
O, Polşanın ittihamlarını “əsassız” adlandırıb:
“Konkret sübutlar təqdim olunmayana qədər biz heç bir izahat verməyəcəyik, çünki bu ittihamlar əsassızdır. Bu vəziyyət ötən ilin noyabrında Polşa ərazisinə raketin düşməsi və 2 nəfərin ölümü ilə nəticələnən hadisəni çox xatırladır. Sonra da bu hadisəyə görə Rusiya tərəfini günahlandırmağa çalışdılar. Sonradan məlum oldu ki, raket Ukrayna hərbçiləri tərəfindən buraxılıb”.
Qeyd edək ki, dünən Polşa hava məkanının Rusiyaya məxsus naməlum obyekt tərəfindən pozulduğu açıqlanmışdı.