Modern.az

Rusiyaya məxsus naməlum obyekt Polşa səmasına daxil olub

Rusiyaya məxsus naməlum obyekt Polşa səmasına daxil olub

Dünya

29 Dekabr 2023, 15:46

Polşa ordusu Rusiyanın Ukraynaya hücumu zamanı naməlum obyektin ölkənin hava məkanına daxil olduğunu bildirib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, ölkə prezidenti Anjey Duda Müdafiə Nazirliyində təcili müşavirə keçirib.

 

O, Milli Təhlükəsizlik Bürosunun da təcili iclasını çağırıb.

 

Polşa ordusunun məlumatına görə, naməlum obyekt sərhədi keçdiyi andan siqnal itənədək ölkənin hava hücumundan müdafiə sisteminin radar avadanlığı tərəfindən müşahidə edilib.

 

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanını pozması müttəfiqlərə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyi barədə siqnaldır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!