Modern.az

Şəhidlərin qisası alındı - 57 terrorçu məhv edildi 

Şəhidlərin qisası alındı - 57 terrorçu məhv edildi 

Dünya

13 Yanvar 2024, 22:12

Türkiyə ordusu İraqın şimalında və Suriyada əməliyyatlara davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

 

Qeyd edək ki, ötən gün Türkiyə ordusunun 9 hərbçisi terrorçuların hücumu nəticəsində şəhid olub. Hücuma cavab olaraq Türkiyə əməliyyatlara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır