Modern.az

Şimali Koreya ballistik raket BURAXDI

Şimali Koreya ballistik raket BURAXDI

Dünya

14 Yanvar 2024, 14:01

Yaponiya Sahil Xidməti Şimali Koreyanın raket buraxdığını və bunun ballistik raket olduğunun ehtimal edildiyi bildirilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Yaponiya Sahil Xidməti regionda olan gəmiləri raket qalıqları aşkarlanarkən ona yaxınlaşmamağa və dərhal hakimiyyət orqanlarına məlumat verməyə çağırıb.

 

Eyni zamanda Şimali Koreyanın buraxdığı ballistik raketin artıq düşdüyünün ehtimal olunduğu qeyd edilib. NHK telekanalının isə hökumətdəki mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

 

Bundan əvvəl Şimali Koreya 18 dekabr 2023-cü ildə "Xvason-18" qitələrarası ballistik raket buraxılışını həyata keçirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi