Modern.az

İtkin düşən erməni hərbçisinin meyiti tapıldı - YENİLƏNİB

İtkin düşən erməni hərbçisinin meyiti tapıldı - YENİLƏNİB

14 Yanvar 2024, 16:02

Ermənistan Daxili İşlər Nazirliyi itkin düşən hərbçinin öldüyünü təsdiqləyib.

 

Modern.az-ın xəbərinə görə, Ermənistan DİN 20 yaşlı Beniamin Manuçaryanın meyitinin Tsxuni kəndi yaxınlığında qar uçqunu altında tapıldığını açıqlayıb.

 

***

15:11

 

Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.

 

Modern.az “Pastinfo"ya istinadən xəbər verir ki, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.

 

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi