Modern.az

Husilərə yenidən zərbələr endirildi

Husilərə yenidən zərbələr endirildi

14 Yanvar 2024, 21:29

Yəməndə husi qiyamçılarının mövqeləri atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, ölkənin Hudeydə valiliyinin şimalındakı Əl-Ləhiyyə bölgəsində, Qırmızı dəniz yaxınlığında hərəkata məxsus obyektlərə zərbələr endirilib.

 

Hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndə 16 məntəqədə husilərin hədəflərinə 60 zərbə endirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi