İsrail Müdafiə Qüvvələri Livanaa silsilə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə ordunun teleqram kanalında məlumat verilib.
Zərbə endirilən hədəflər arasında Hizbullah hərəkatının hərbi infrastrukturu və operativ komandanlıq mərkəzləri olub.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livana bir sıra hücumlar həyata keçirib. Hücum edilən hədəflər arasında Livandakı Hizbullah terror təşkilatının obyektləri və əməliyyat komandanlıq mərkəzləri olub. Günorta saatlarında da İsrail Hərbi Hava Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib”, - məlumatda deyilir.
Açıqlamada hərəkatın fəaliyyətinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozduğu bildirilir. Qeyd olunur ki, “Hizbullah” Livanın mülki əhalisini təhlükə altına alaraq yaşayış məntəqələrində hərbi infrastruktur yerləşdirmək niyyətindədir.