Modern.az

50 ildən bəri ən böyük püskürmə: İslandiyada vulkan çətinliklər yaratdı

50 ildən bəri ən böyük püskürmə: İslandiyada vulkan çətinliklər yaratdı

Dünya

15 Yanvar 2024, 11:56

İslandiya mülki müdafiə xidmətinin rəhbəri Vidir Reynisson bildirib ki, İslandiyanın Reykjanes yarımadasında indiki vulkan püskürməsi 1973-cü ilin yanvarından bəri ən ciddi püskürmədir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ölkənin teleradio şirkətinin məlumatına görə, Qrindavik şəhərində nə isti su, nə də işıq var.

 

Ən azı üç yaşayış binası lava ilə örtülüb, onların axını daha bir neçə yaşayış binasına yaxınlaşıb.

 

Vulkan püskürməsi yanvarın 14-də səhər saatlarında başlayıb. Bölgədə fövqəladə vəziyyət elan edilib. Qrindavik sakinləri təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi