Modern.az

Putin Şimali Koreyaya səfər edəcək - Peskov açıqladı

Putin Şimali Koreyaya səfər edəcək - Peskov açıqladı

15 Yanvar 2024, 13:52

"Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər, vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq. Rusiya Federasiyası KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Kreml Rusiya və KXDR xarici işlər nazirləri arasında danışıqların “zəngin, mənalı və səmərəli” olacağını gözləyir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

"Rusiyasız Ukraynada sülh formulunun müzakirəsi mümkündür, lakin perspektiv yoxdur. Zelenskinin sülh formuluna görə Davosdakı görüş söhbət xatirinə söhbətdir, nəticə əldə etmək məqsədi daşıya bilməz. Kremldə Ukrayna Silahlı Qüvvələrinin Rusiya təyyarələrini vurması ilə bağlı məlumat yoxdur. Moskva Qərbin və Ukraynanın Rusiyanın təhlükəsizlik mülahizələrini nəzərə almaq istəməməsi kontekstində əməliyyatlar keçirir", - o deyib.

 

Peskov "Bild"in Almaniyanın NATO ilə Rusiya Federasiyası arasında mümkün müharibə ssenarisini hazırlaması ilə bağlı nəşrini şərh etməkdən imtina edib.

Bu xəbər ilə bağlı
Rusiya NATO ərazisinə hücum edəcək? - Yeni müharibənin SSENARİSİ
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi