Modern.az

Zalujnı Rusiya təyyarələrinin vurulmasını TƏSDİQLƏDİ

Zalujnı Rusiya təyyarələrinin vurulmasını TƏSDİQLƏDİ

15 Yanvar 2024, 14:58

Ukrayna yanvarın 14-də Azov dənizində Rusiyanın A-50 və İl-22 təyyarələrinin vurulmasını rəsmən təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalına istinadən məlumat yayıb.

 

"Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin döyüşçüləri düşmənin A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsini və düşmənin İl-22 hava idarəetmə mərkəzini məhv ediblər", - Zalujnı yazıb.

 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı məlumatın olmadığını bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi