Modern.az

Metro xəttinin üstündə YANĞIN

Metro xəttinin üstündə YANĞIN

15 Yanvar 2024, 15:34

Özbəkistanın paytaxtı Daşkəndin Sergeli rayonundakı Kanora küçəsində - metro xəttinin yaxınlığında yanğın baş verib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb.

 

"Yüngül tikili konstruksiyalardan ibarət mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumata görə, saat 15:01-də yanğın yerinə 4 yanğınsöndürən və xilasedicilər cəlb olunub, saat 15:05-də yanğın tam lokallaşdırılıb, saat 15:12-də isə tamamilə söndürülüb. Yanğın nəticəsində vətəndaşlardan xəsarət alan və ölən olmayıb", - məlumatda deyilir.

 

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi