Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərindən Fələstin-İsrail münaqişəsi ilə bağlı təşkilatçıların mövqeyinə görə bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunun sammitində iştirak etməməyi istəyib.
Modern.az xəbər verir ki, bunu "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.
Agentlik yazır ki, maliyyə naziri Mehmet Şimşek Ərdoğan onu dayandırana qədər siyasi və biznes liderlərinin illik toplantısında iştirak etməyi planlaşdırırmış.
Qeyd edilib ki, Türkiyə liderinin belə bir qərarı Ankaranın qlobal investorlarla qarşılıqlı əlaqə cəhdlərini çətinləşdirə bilər.