Modern.az

Rusiyada güclü ZƏLZƏLƏ 

Rusiyada güclü ZƏLZƏLƏ 

15 Yanvar 2024, 19:32

Rusiyanın Buryatiya Respublikasında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.

 

FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi