Modern.az

İran Rusiya ilə böyük saziş imzalayacaq

İran Rusiya ilə böyük saziş imzalayacaq

Dünya

15 Yanvar 2024, 19:55

Rusiya və İran arasında böyük dövlətlərarası müqavilə imzalanacaq.

 

Modern.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Məhəmməd Aştianinin telefon danışığından sonra yaydığı məlumatda bildirilir.

 

Qeyd olunur ki, tərəflər Rusiya-İran münasibətlərinin təməl prinsiplərinə, o cümlədən bir-birinin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığına sadiqdirlər. Hazırda Rusiya ilə İran arasında böyük dövlətlərarası müqavilənin imzalanmasına hazırlıq gedir.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatında, həmçinin bildirilir ki, bu telefon danışığı iki ölkə arasında strateji münasibətlərin möhkəmlənməsinə doğru atılan növbəti addımdır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi