"Bolqarıstanın hərbi sənaye kompleksinin istehsal etdiyi silahların əsas hissəsi Ukraynaya gedir".
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev bildirib.
Bolqarıstanın yardım paketinə başqa şeylərlə yanaşı, sovet dövründən qalma köhnə sistemlər, yaxşı vəziyyətdə olan sistemlər və döyüş sursatları daxildir.
"Ən vacibi Bolqarıstanda döyüş sursatı, atıcı silah və yüngül silah istehsalıdır. Bu, Bolqarıstanın hələ sovet dövründə ixtisaslaşdığı istehsal sahəsidir və bu ixtisas qalır. Beləliklə, müdafiə sənayesi demək olar ki, 7/24 işləyir və bu istehsalın əsas hissəsi Ukraynaya gedir”, - nazir bildirib.